Vladimir DOROXİN: Azərbaycanda başqa sahələrlə yanaşı, seçkilərlə bağlı da böyük nailiyyətlər əldə edilmişdir

Noyabrın 3-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür. 
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, M.Pənahov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik və səmərəli şəkildə inkişaf etdiyini bildirmiş, iki ölkənin ali seçki qurumları arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Sədr Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə Rusiyanın MSK-sı arasında 2000-ci il oktyabrın 13-də imzalanmış "Seçki strukturlarının fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək sahəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Rusiya Federasiyasının niyyət Protokolu"nun təcrübə mübadiləsinə hərtərəfli şərait yaratdığını vurğulamışdır. O, hər iki qurum arasında peşəkar səviyyədə təcrübə mübadiləsinin və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu qeyd etmiş və bundan sonrakı münasibətlərin də yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. MSK sədri bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərə hazırlıq barədə də qonağa məlumat vermişdir.
Vladimir Doroxin bildirmişdir ki, Azərbaycanda başqa sahələrlə yanaşı, seçkilərlə bağlı da böyük nailiyyətlər əldə edilmişdir. O, təmsil etdiyi ölkənin Mərkəzi Seçki Komissiyası ilə Azərbaycan Respublikası MSK-sı arasındakı səmimi münasibətlərdən məmnunluq ifadə etmişdir.
Görüşdə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər barədə də müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında