Valyutadəyişmə məntəqəsinin sahibi İlyas Vahabovu qətlə yetirməkdə təqsirli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir

Məlumat verildiyi kimi, cari il sentyabrın 19-da saat 21.30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/5, mənzil 23-də yaşamış 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğluna yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən bıçaq xəsarətləri yetirilmişdir. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada ölmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, faktla bağlı sentyabrın 20-də Sumqayıt Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Azərbaycan Respublikası Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Baş Prokurorluğun, Sumqayıt Şəhər Prokurorluğu və Sumqayıt Şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ağır cinayətin Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Səlimbəyli Vaqif Etibar oğlu və 1993-cü il təvəllüdlü Əbilov Anar Cavanşir oğlu tərəfindən törədilməsi müəyyən olunaraq tutulmuşlar.
İstintaqla müəyyən edilmişdir ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını bilmiş, həmin pulu ələ keçirib aralarında bölüşdürmək barədə dostu Anar Əbilovla razılığa gəlmişlər. Onlar qabaqcadan əlbir olub sentyabrın 19-da saat 21:30 radələrində İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanıb onu gözləmişlər. Sonuncu dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla İ.Vahabova iki zərbə yetirmişdir. Aldığı xəsarətlərdən İ.Vahabov ertəsi gün xəstəxanada ölmüşdür.
Vaqif Səlimbəyli və Anar Əbilov törətdikləri hərəkətlərə görə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında