Bakıda Beynəlxalq Mətbuat İnstitutunun milli komitələrinin birinci toplantısı işə başlamışdır

Noyabrın 3-də Bakıda Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) milli komitələrinin (MK) sədrlərinin "Milli komitələrin inkişaf platforması" mövzusunda birinci toplantısı işə başlamışdır. 
BMİ-nin informasiya departamentindən bildirmişlər ki, ilk dəfə keçirilən toplantının işində institutun direktoru xanım Alison Makkenzi, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, MK-in rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Sloveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Koreya Xalq Demokratik Respublikası), Rahim Adedoyin (Nigeriya), Ferai Tinc (Türkiyə) və Latviyadan yeni üzvlüyə qəbul edilən Modris Audinş iştirak etmişlər.
Tədbiri açan BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rə- himoğlu MK rəhbərlərinin bir araya gəlməsinin institutun fəaliyyətində yeni səhifə olduğunu bildirmişdir. Toplantının realllaşmasına göstərdiyi dəstəyə görə xanım A.Makkenziyə minnətdarlığını bildirən U.Rəhimoğlu tədbirin məqsədindən və qarşıya qoyulan vəzifələrdən danışmışdır.
Xanım A.Makkenzi tədbirin səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayaraq rəhbərlik etdiyi qurumun dünyada söz azadlığının müdafiəsi istiqamətində gördüyü işlərdən danışmış, toplantının işinə uğurlar arzulamışdır.
Azərbaycan Mətbuat Şurasının sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvü Əflatun Amaşov ölkəmizdə mətbuatın hazırki vəziyyətindən, son illərdə respublikamızda söz azadlığının qorunması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, o cümlədən ölkə mətbuatının mövcud problemlərindən danışmışdır.
Sonra BMİ-nin katibliyinin nümayəndəsi Kristin Klint qurumun milli komitələri barədə təqdimatla çıxış etmişdir. Xanım K.Klint, eyni zamanda, milli komitələrin rolunun müəyyənləşdirilməsindən danışmışdır.
Milli komitə sədrləri müzakirələr aparmış, fikir və rəylərini bildirmişlər.
Günün ikinci yarısında BMİ-nin Hindistan Milli Komitəsinin rəhbəri Ravi Naraşimhan "Milli komitələrin mətbuat azadlığında rolu" mövzusunda çıxış etmişdir.
Sonra digər nümayəndələr də mövzu ilə bağlı fikirlərini və təkliflərini bildirmiş, təcrübələrini bölüşmüşlər.
Toplantı öz işini noyabrın 4-də davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında