Azərbaycanın enerji siyasəti Romada keçirilmiş konfransda müzakirə olunmuşdur

Noyabrın 2-də Romadakı tarixi Karolis sarayında beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) "Azərbaycanın enerji siyasəti və Xəzər qazı ilə bağlı Qərb dövlətlərinin rəqabəti" mövzusunda konfrans keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən bildirmişlər ki, tədbiri BMİ-nin direktoru professor Ettore Qreko və İtaliyanın "Unicredit" bankının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Cuzeppe Skonyamiliyo açmışlar. BMİ-nin Qafqaz üzrə tədqiqatlar proqramının rəhbəri xanım Nona Mixelidze məruzəçiləri təqdim etmişdir.
Azərbaycan Diplomatik Akademiyasının dosenti, Akademiyanın Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov və Londondakı "Kontrol Risks" konsaltinq mərkəzinin enerji məsələləri üzrə eksperti Maykl Denison konfransda əsas məruzələrlə çıxış etmişlər. Daha sonra Türkiyənin Bilkənt Universitetinin dosenti xanım Pinar İpək, həmçinin BMİ-nin Qafqaz və Xəzər regionu üzrə tədqiqatçısı Nikolo Sartori məruzələrlə bağlı çıxış etmişlər.
Konfransda məruzəçilər tərəfindən ölkəmizin əsası 1994-cü ildən "Əsrin müqaviləsi" ilə uğurla qoyulmuş enerji siyasəti, həyata keçirilmiş və perspektiv layihələr, Xəzər qazının dünya bazarlarına mümkün nəqli imkanları, regional layihələrdə Azərbaycanın rolu və digər məsələlərlə bağlı məlumat verilmiş, auditoriyanın sualları cavablandırılmış və müzakirələr aparılmışdır.
Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Bu konfrans Azərbaycan ilə bağlı BMİ-nin keçirdiyi ikinci tədbirdir. Cari il iyulun 11-də keçirilmiş birinci konfrans Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında