Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin böyük qələbəsidir

Bu fikirlər noyabrın 3-də Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlunun keçən ay dünyada və regionda baş vermiş ictimai-siyasi proseslərin təhlilinə dair təqdim etdiyi analitik hesabatda əksini tapmışdır. Bununla bağlı keçirilən mətbuat konfransında politoloq bildirmişdir ki, hesabat dövründə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir.
M.Əhmədoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərə münasibət bildirmiş, məsələnin həlli istiqamətində regionda baş verən son proseslərin Azərbaycanın xeyrinə olduğunu vurğulamışdır.
Ermənistan başqa dövlətlərin əlində alətə çevrilmişdir və danışıqlar prosesini uzatmağa çalışır. Bu dövlət region üçün ciddi təhlükə mənbəyidir və tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Bu mövqe yaxın gələcəkdə Ermənistanın başına daha böyük bəlalar açacaqdır. Münaqişənin həll olunmaması Ermənistanda vəziyyəti daha da çətinləşdirmiş, yeni problemlər yaratmışdır.
M.Əhmədoğlu bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin tarixi anlamda böyük qələbəsidir. Eyni zamanda ölkəmizin müstəqilliyinin bərpasından ötən 20 ildə əldə etdiyi böyük nailiyyətlərin, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Bu tarixi qələbəmizi Ermənistanda xarici siyasətin iflası olduğunu etiraf edənlər vardır.
Mərkəzin rəhbəri diqqətə çatdırmışdır ki, Ermənistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin əleyhinə təbliğat aparmışdır. Ancaq buna nail ola bilməmişdir. Azərbaycan 155 dövlətin səsini qazanaraq tarixi qələbə qazanmışdır. Bu, Azərbaycana dünya siyasi həyatında iştirak etməyə geniş imkanlar açır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcəkdir.
Oktyabrda həyata keçirilmiş səfərlər, imzalanmış irimiqyaslı layihələr, əldə olunmuş nailiyyətlərdən danışan M.Əhmədoğlu ötən ayın Azərbaycan üçün bütövlükdə uğurlu olduğunu vurğulamışdır.
Hesabatda dünyada və regiondakı mühüm hadisələr, həmçinin Azərbaycanın Türkiyə, ABŞ, Rusiya, İran, Fransa və Gürcüstan ilə münasibətləri təhlil olunmuşdur.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında