Təhlükəsizlik təmin edilərsə, ermənilərlə Xankəndində görüşmək olar

Təhlükəsizlik təmin olunarsa, Qarabağın azərbaycanlı və erməni icmaları Xankəndində də görüşə bilərlər. Bu sözləri Milli Məclisin insan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova demişdir. 
Rəbiyyət Aslanova vitse-spiker Bahar Muradovanın Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü ilə bağlı irəli sürdüyü təşəbbüslə əlaqədar demişdir ki, Xankəndi də Azərbaycan torpağıdır, biz çəkinməməliyik ki, Xankəndinə gedə bilmərik.
Ora mənim vətənimdir və mənim ora getmək haqqım vardır. Bu görüşün baş tutmasına ehtiyac vardır. Bütün hallarda adının necə olmasından asılı olmayaraq, hər iki icmanın görüşməsinə böyük ehtiyac vardır. Biz o tərəfi də dinləməliyik. O tərəf deyəndə, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yaşayan erməniləri nəzərdə tuturam. Onlar Azərbaycan vətəndaşlığından çıxmayıblar. Hətta, bu gün bəzi ermənilər ikili vətəndaşlıq arzusu ilə yaşayırlar.
Dağlıq Qarabağın erməni icması ilə görüşlərin zəruri olduğunu diqqətə çatdıran deputat demişdir ki, ermənilər bilməlidirlər ki, Azərbaycan müharibənin perspektivlərini yox, münaqişənin həllindən sonra yaradıcılığı, bərpa-quruculuq işlərini müzakirə edir.
Biz sabahı düşünürük və inanırıq ki, məsələ sülh yolu ilə həll olunacaqdır. Biz həmin ərazilərin abadlaşdırılmasına, minalardan təmizlənməsinə və digər məsələlərə hazırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında