Fransanın "Ecoceane" şirkətinin "Cataglop" tipli katerinin təqdimatı olmuşdur

Noyabrın 3-də Yaxt Klubda Fransanın dünyada tanınmış "Ecoceane" şirkətinin "Cataglop" tipli çoxməqsədli katerinin təqdimatı olmuşdur.
"Ecoceane" şirkətinin prezidenti Erik Vial təqdimat mərasimində katerin xüsusi göstəriciləri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, dəniz səthinin təmizlənməsi üzrə gəmi istehsalı sahəsində ixtisaslaşan şirkətin təqdim etdiyi "Cataglop" tipli kater bir nəfər tərəfindən idarə edilir və 1200 kiloqram yük götürə bilir. Dənizin səthinə yığılmış çirkli suları, həmçinin bərk zibil tullantılarını (taxta, plastik kütlə, yosunlar və s.) sürətlə təmizləmək imkanına malikdir. Qapalı dəniz olan Xəzərdən böyük həcmdə neft-qaz ehtiyatlarının çıxarıldığını deyən şirkətin prezidenti vurğulamışdır ki, "Ecoceane" baş verə biləcək hər hansı bir qəzanın qarşısının operativ şəkildə alınması üçün sahilyanı ölkələrə təkliflə çıxış etmişdir. Bu təklifə əsasən, hər bir ölkədə dayaq nöqtələri yaradılacaqdır.
Qəza baş verəcəyi təqdirdə dayaq nöqtələri vasitəsilə əlaqə saxlanılaraq operativ şəkildə yaxınlıqda yerləşən katerin qəza baş verdiyi yerə yönləndirilməsi mümkün olacaqdır. Belə olarsa, dağılmış neftin geniş əraziyə yayılmaması üçün tez bir zamanda dənizin səthinin təmizlənməsi həyata keçirilər. Bu, həm də Xəzər dənizinin canlı aləminin qorunmasına da öz təsirini göstərər.
Qeyd olunmuşdur ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyi artıq "Cataglop" tipli 2 kater almışdır. Bu katerlər Bakı buxtasının səthinin təmizlənməsində istifadə olunacaqdır. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu katerdən ikisini sifariş etmiş, artıq onlardan biri ölkəmizə gətirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında