Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bütün türk dünyasının qələbəsidir

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bütün türk dünyasının qələbəsidir. Bu bizim hamımızı sevindirir və inanırıq ki, Azərbaycan bundan sonra daha böyük uğurlara imza atacaqdır.
Bu fikirlər Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq əlaqələr komissiyasının birinci iclasının iştirakçılarının noyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə səslənmişdir.
O.Əsədov TürkPA-nın yaranması zərurətindən danışmış, qurumun fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, TürkPA türkdilli ölkələr arasında əlaqələrin inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm işlər görmüşdür. Bu fəaliyyət hazırda uğurla davam etdirilir.
Milli Məclisin sədri TürkPA-nın yaxın vaxtlarda nüfuzlu beynəlxalq təşkilata çevriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Türkiyə Böyük Millət Məclisinin deputatları Məhərrəm İncə, Ülkər Güzel, Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev TürkPA-nın beynəlxalq əlaqələr komissiyasının ilk iclasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, TürkPA-ya üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığının inkişafı təkcə türkdilli dövlətlər deyil, bütün dünya ölkələri üçün səmərəli olacaqdır.
TürkPA-nın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusu alması, BMT Baş Məclisində də müşahidəçi statusu məsələsinin Baş Məclisin gündəliyinə salınması yüksək qiymətləndirilmişdir.
Sonra görüşdə digər türkdilli ölkələrin və toplumların da TürkPA-ya üzv olması, əməkdaşlığın daha da genişləndirilməsi yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında