Sərnişin avtobusları və yük maşınları təbii fəlakət bölgəsinə cəlb olunmuşlar

Kürətrafı bölgələrdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin müvafiq strukturları və qurumları tərəfindən görülən işlərin həcmi genişləndirilir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, təbii fəlakət zonasında sel sularından əziyyət çəkən əhalinin təhlükəsiz ərazilərə köçürülməsini təmin etmək üçün hər gün orta hesabla 40-45 avtobus prosesə cəlb olunur. Bura həm Bakı şəhərindən göndərilən, həm də "Avtonəqliyyatservis" Departamentinin regional qurumlarından cəlb olunan avtobuslar daxildir. Zəruri hallarda göndərilən avtobusların sayı 60-dək artırılır.
Departamentin xətti ilə, həmçinin fəlakət zonasına yaxın ərazilərdən, hətta Gəncə şəhərindən müxtəlif markalı yük maşınları cəlb edilmişdir. Həmin yük avtomobilləri bəndbərkitmə işlərinin aparılması üçün müxtəlif tikinti materiallarının daşınması ilə məşğuldur.
Bundan əlavə, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin regional idarələri də fəlakət zonasına kömək məqsədi ilə yüzlərlə maşın, texnika, həmçinin işçi qüvvəsi ayırmışdır. Ətraf rayonların yol-istismar idarələrinin işçiləri də üçnövbəli iş rejimi ilə bütün proseslərə yardımçı olurlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında