Azərbaycanda milyon illərlə yaşı olan dəniz nəhənglərinin qalıqları aşkarlanmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Pirəküşkül qəsəbəsində apardıqları qazıntılar zamanı milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümüklərini aşkarlayıblar. Bu barədə "Trend"ə çərşənbə günü institutun mətbuat xidmətindən bildirilib.
Tədqiqatlar 5 ildir aparılır. Hazırda tapıntılar analiz edilir və daha müfəssəl məlumatlar tədqiqatlar başa çatdıqdan sonra açıqlanacaq.
Tədqiqatlara institutun Təbiət Tarixi Muzeyinin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Heybətov rəhbərlik edir.
Azərbaycanda bu cür qədim dəniz nəhənglərinin qalıqlarının tapıldığı yerlər elmə XIX əsrin ikinci yarısından məlumdur və o vaxtdan bir çox alimlər bu barədə elmi əsərlər yazıblar. Lakin 1980-ci illərin əvvəllərindən 2006-cı ilə qədər orada tədqiqatlar xeyli zəifləmişdi.
Geologiya İnstitutunun mətbuat katibi, elmi tədqiqatçı Səid Hüseynov isə "Trend"ə hazırda həmin arxiv materiallarını araşdırdığını bildirib. O, qeyd edib ki, bu günədək Abşeron yarımadasında 25-30 milyon il bundan əvvəl yaşamış nəhəng dəniz heyvanlarının sümükləri tapılıb. Onların sırasında iri ayaqlı, quyruqlu, uzunboğaz əcaib dəniz yırtıcılarının da sümükləri vardır. Həmin yırtıcılar qədim dinozavrların törəmələridir. Bu törəmələrin ən son növləri hazırkı balina və delfinlərdir. Bütün bu nəhənglər o vaxtlar suyun altında olmuş Azərbaycanda yaşayıblar.
Tədqiqatlar göstərir ki, bu yırtıcılar vaxtilə quruda yaşayıblar, sonralar milyon illər ərzində yer üzünü su örtdükdə onlar tədricən su heyvanına çevriliblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında