Azərbaycanda sabitliyin, əmin-amanlığın etibarlı qorunması xarici ölkələrin rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşmüşdür.  
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov respublikamızda kriminogen durumla bağlı məlumat vermiş, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan, ölkələrimizin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrdən danışmışdır.
Rusiya Federasiyasının Hesablama Palatasının sədri ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirmiş, Azərbaycanda sonuncu dəfə 5 il əvvəl olduğunu, ötən müddətdə paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini demişdir.
Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında