Azərbaycan və Avstriyanın gömrük orqanları arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir

Mayın 20-də Avstriyanın Federal Maliyyə Nazirliyində bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə nazirliyin dövlət katibi Raynhold Lopatka arasında görüş keçirilmişdir.
Avstriya Federal Maliyyə Nazirliyində gömrük sahəsinə rəhbərlik edən R.Lopatka görüş zamanı son illərdə Azərbaycanın iqtisadi güc və nüfuzunun artdığını məmnuniyyətlə qeyd etmişdir. Bildirilmişdir ki, maliyyə böhranı fonunda Avstriya bir neçə ölkədə diplomatik nümayəndəliyini bağlamaq məcburiyyətində qalsa da, gələn ay Bakı şəhərində Avstriya səfirliyi fəaliyyətə başlayacaqdır. Bu, Azərbaycana verilən önəmə bariz nümunədir. Eyni zamanda yaxın həftələrdə Avstriyanın iş adamlarından ibarət missiyanın Bakıya səfəri də Azərbaycana göstərilən marağın yüksək olduğunu göstərir.
Aydın Əliyev görüşə görə təşəkkür edərək bildirmişdir ki, son illərdə Azərbaycanın iqtisadiyyatı güclənir, xarici əlaqələr genişlənir və idxal-ixracın həcmi ildən-ilə yüksəlir. Belə olduğu təqdirdə gömrük sahəsində beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi, birgə seminarların əhəmiyyəti getdikcə artmaqdadır. Məhz bu səbəbdən hazırda Bakı şəhərində Dünya Gömrük Təşkilatı potensialının gücləndirilməsi üzrə regional ofisin yaradılması istiqamətində iş gedir. A.Əliyev avstriyalı həmkarını həmin ofisin açılışında iştirak etmək üçün Bakıya səfərə dəvət etmişdir.
Görüşdə Azərbaycan və Avstriya arasında gömrük sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov görüşdə iştirak etmişdir.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında