Azərbaycan hər zaman olduğu kimi bu gün də Türkiyənin yanındadır

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Ergin noyabrın 2-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən danışan O. Əsədov demişdir ki, münasibətlərimiz bu gün ən yüksək səviyyədədir. Strateji tərəfdaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. İnanırıq ki, sizin bu səfəriniz hüquqi sahədə də əlaqələrimizin inkişafına təkan verəcəkdir.
Milli Məclisin sədri Van vilayətində baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə səbir, yaralananlara isə şəfa diləmişdir. Qardaş ölkənin bu üzüntüsünə xalqımızın yaxından şərik olduğunu vurğulayan O.Əsədov bildirmişdir ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır.
S.Ergin Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə xalqımızı təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həm də Türkiyənin uğurudur.
S.Ergin ölkəsinin Van vilayətində baş vermiş zəlzələ zamanı Azərbaycanın ilk yardım göstərməsinə görə minnətdarlığını bildirmişdir.
Azərbaycanın 20 illik müstəqillik dövründə əldə etdiyi uğurları, ölkəmizin regionda lider dövlətə çevrilməsini yüksək qiymətləndirən nazir xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin əbədi və sarsılmaz olduğunu xüsusi qeyd etmişdir.
Görüşdə hər iki ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının vəziyyəti, qanunvericilik sahəsində, eləcə də beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında