Nazirlər Kabineti dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında əsasnaməni təsdiq etmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkədə "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə" təsdiq edilmişdir.
Əsasnamə dövlət informasiya ehtiyatları reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Sənədə uyğun olaraq reyestrin operatoru Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) müəyyən edilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, bununla əlaqədar RİTN-ə reyestrin fəaliyyətinin təşkili, metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin olunması, informasiya ehtiyatları barədə və digər xidməti məlumatların reyestrə daxil edilməsi və təzələnməsi, reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması, reyestrin internet portalının yaradılması və aktuallaşdırılması, reyestrin dayanıqlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi və s. həvalə olunmuşdur.
Əsasnamənin tam mətni ilə RİTN-in internet səhifəsinin "Hüquqi sənədlər" bölməsində tanış olmaq mümkündür.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında