Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycandan köçmüş yəhudilərin qəlbində daim yaşayacaqdır

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycandan köçmüş yəhudilərin qəlbində əbədi yaşayacaqdır.
Azərbaycandan köçərək İsrailin Təl-Əviv, Hadera, Hayfa və digər şəhərlərində yaşayan yəhudilər belə deyirlər.
Hadera şəhərində yaşayan kolleksiyaçı İsay Skvirski deyir ki, Bakıda yaşadığı illərdə bir neçə dəfə ulu öndər Heydər Əliyevlə görüşmüşdür. Dünya şöhrətli siyasi xadimdən mükafatlar da almışdır. İsrailə köçdükdən sonra da Heydər Əliyevi unuda bilməmişdir. Baxmayaraq ki, ona yaşadığı şəhərdə hər cür şərait yaradılmışdır və normal təqaüd də alır. Amma Azərbaycanla, xüsusilə də Heydər Əliyevlə bağlı xatirələri onun üçün çox əzizdir. Doğma Bakını heç cür unuda bilmir.
İsay Skvirski deyir ki, indi onun üçün ən əziz məşğuliyyət üzərində Azərbaycanın dövlət rəmzləri, eləcə də ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin şəkilləri olan poçt markalarını, açarlıq və döş nişanlarını toplamaqdır.
Hadera şəhərində parka ümummilli lider Heydər Əliyevin adının verilməsi və xatirə lövhəsinin qoyulması hamımızın ürəyincədir. Ona görə ki, məhz Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda dini dözümlülük, bərabərlik, ictimai-siyasi sabitlik yaranmışdır. Prezident İlham Əliyev də ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirir. Biz Azərbaycandan gəlmiş yəhudilər, elə burada doğulub boya-başa çatanlar da Heydər Əliyevi çox sevirik. Onun əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.
Qeyd edək ki, İsay Skvirski Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində "Heydər Əliyevin siması İsay Skvirskinin kolleksiyasında" adlı fotosərgi açmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında