Azərbaycan mövcud valyuta ehtiyatları hesabına istənilən maliyyə böhranının təsirinin qarşısını ala bilər

Azərbaycan mövcud valyuta ehtiyatları hesabına istənilən maliyyə böhranının təsirinin qarşısını ala bilər.
Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə rəhbəri Nadim İlahi noyabrın 1-də Azərbaycana səfər etmiş IV Maddə Məsləhətləşmələri üzrə BVF-nin missiyasının işinin nəticələrinə həsr edilmiş mətbuat konfransında söyləmişdir.
Azərbaycanda dövlət büdcəsinin layihəsinin artıq ilbəil deyil, ortamüddətli perspektivdə hazırlanmasını müsbət qiymətləndirən N.İlahi demişdir ki, büdcənin üçillik dövr üçün hazırlanması çox gözəl nəticədir.
N.İlahi Azərbaycanda biznes mühiti ilə bağlı islahatların aparılmasının əhəmiyyətini vurğulamışdır. Bunun üçün özəl sektorda rəqabətin təkmilləşdirilməsi, ticarətdə maneələr yaradan məsələlərin həll edilməsi, xüsusi investisiya layihələrinin seçilməsi və qiymətləndirilməsinin təkmilləşdirilməsi vacib addımdır. Azərbaycan qeyri-neft sektorunun inkişafını daim diqqət mərkəzində saxlayır, iqtisadi artımın neftdən asılılığını azaltmaq üçün tədbirlər görür. Azərbaycanda bu istiqamətdə işi sürətləndirmək üçün kifayət qədər potensial vardır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında