ABŞ Dövlət Departamenti traffikinq qurbanlarının müdafiəsi üzrə Azərbaycanın səylərini qiymətləndirmişdir

Azərbaycan hökuməti insan alveri qurbanlarının müdafiə olunması və onlara yardım göstərilməsi səylərini 2010-cu ildə nümayiş etdirmişdir.
ABŞ Dövlət Departamentinin "İnsan alveri haqqında məruzə" adlı son hesabatında belə deyilir.
Məruzəyə görə, 2010-cu ildə Azərbaycan hökuməti məcburi işə cəlb edilmiş 31 qadını, üç uşağı və üç kişini traffikinq qurbanları kimi müəyyən etmişdir. Məruzədə deyilir: "Hökumət tibbi, psixoloji, maliyyə yardımı göstərmiş və insan alverinin üzə çıxarılmış bütün qurbanlarının evlə təmin olunmasına yardım göstərmişdir. Hökumət, həmçinin insan alverinin potensial qurbanları olan 319 qadına tibbi və psixoloji yardım göstərmək üçün mümkün olan hər şeyi etmişdir".
İnsan alverinin qarşısının alınmasına gəldikdə isə məruzədə vurğulanır ki, Azərbaycan hökuməti 2010-cu ildə bu istiqamətdə sabit səylər göstərmişdir. Hökumət əsas televiziya kanalları üçün insan alveri problemi ilə bağlı QHT tərəfindən işlənmiş sosial reklamı maliyyələşdirmişdir. Bundan əlavə, Azərbaycan hökuməti ictimaiyyətin məlumatlandırılması və insan alverinin potensial qurbanlarının aşkar edilməsi məqsədi ilə yaradılmış "qaynar xətti" maliyyələşdirməkdə davam etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında