Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etmişlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamına əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günüdür.
Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyi noyabrın 1-də tədbir keçirmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Nazir aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından danışmışdır. O demişdir ki, ölkəmizdə həyata keçirilən aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Qeyd olunmuşdur ki, aqrar sahənin potensialından tam istifadə etmək və ərzaq təhlükəsizliyini tamamilə aradan qaldırmaq lazımdır.
Peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsini və onların "Tərəqqi" medalı ilə təltif edilməsini Prezident İlham Əliyevin aqrar sahəyə diqqət və qayğısının nümunəsi kimi qiymətləndirən İ. Abasov tədbir iştirakçıları adından dövlətimizin başçısına dərin təşəkkürünü ifadə etmişdir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Nazirlər Kabineti Aparatının aqrar-sənaye şöbəsinin müdiri Əli Məmmədov aqrar sahənin inkişafından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, aqrar sahənin inkişafına dair qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə əlaqədar son illər bir neçə mühüm qanunun qəbul edilməsindən danışmış, peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmişlər.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsini və onların "Tərəqqi" medalı ilə təltif olunması ilə əlaqədar oktyabrın 31-də imzaladığı sərəncamları ilə tanış edilmişlər. Bayram münasibətilə kənd təsərrüfatı işçilərinə ünvanlanmış təbrik məktubları oxunmuşdur.
Çıxış edənlər dövlətimizin başçısına onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyəcəklərini, aqrar sektorda istehsal həcmini daha da artıracaqlarını, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olacaqlarını vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında