Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Rusiyada beynəlxalq konfransda iştirak etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Moskva və Sankt-Peterburq şəhərlərində səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev konfransı açaraq Konstitusiya Məhkəməsinin müasir cəmiyyətdəki rolundan, dövlətçiliyin inkişafına töhfəsindən bəhs etmiş, xarici ölkələrin konstitusiya məhkəmələri arasındakı beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmiş, onun vacibliyini vurğulamışdır.
Konfransda MDB, Avropa və dünyanın digər ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparmışlar. Tədbirin proqramına uyğun olaraq, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransda "Azərbaycan Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsinin praktiki problemləri" mövzusunda çıxış etmişdir.
Səfər çərçivəsində Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirmiş, məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında