Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə getmiş Azərbaycan xilasediciləri Bakıya qayıtmışlar

Türkiyənin Van vilayətində zəlzələdən zərər çəkənlərə yardım göstərmiş azərbaycanlı xilasedicilər oktyabrın 31-də Bakıya qayıtmışlar. Heydər Əliyev Beynəlxalq aeroportunda xilasediciləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə və digər yüksək rütbəli zabitlər qarşılamışlar.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev jurnalistlərə bildirmişdir ki, oktyabrın 23-də Türkiyənin Van vilayətində zəlzələ baş vermişdir. İlk xəbəri alan kimi Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə nazirliyin 213 nəfərdən ibarət xilasetmə dəstəsi hadisə yerinə ezam olunmuşdur. Birinci təyyarə ilə 145 nəfərdən ibarət xilasedici heyət, 250 çadır və digər yardım aparılmışdır.
Hadisə yerinə xarici ölkələrdən ən birinci çatan Azərbaycan FHN-in xilasediciləri olmuşdur. Xilasedicilər hadisə yerinə çatan kimi axtarış-xilasetmə əməliyyatlarına başlamışlar.
Axtarış-xilasetmə əməliyyatlarını dayanmadan davam etdirən Azərbaycan xilasediciləri ümumilikdə dağıntılar altından 60 cəsəd çıxarmış, 12 nəfəri isə xilas etmişlər. İ.Abdullayev vurğulamışdır ki, zəlzələ baş verən bölgədə xilasetmə işləri dayandırılmışdır. Bu səbəbdən Azərbaycan xilasediciləri Vətənə qayıtmışlar. Yerli əhali və Türkiyə hökumət nümayəndələri azərbaycanlı xilasedicilərə çox yaxşı münasibət bəsləmişlər.
FHN-in Kinoloji taborunun komandiri polkovnik Rafiq Hüseynov demişdir ki, zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən istifadə olunmuşdur.
FHN tərəfindən ümumilikdə Türkiyəyə yardım olaraq 1250 çadır, 6000 ədyal, 40 generator, 40 mətbəx dəsti, 800-dən çox isti yataq dəsti göndərilmişdir.
Azərbaycan tərəfindən Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 milyon 800 min ABŞ dollarına yaxın təşkil etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında