Bu ilin 9 ayı ərzində fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7 faiz artmışdır

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bu ilin 9 ayı ərzində Fondun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7 faiz artmışdır.
2011-ci il oktyabrın 1-nə olan statistik göstəricilər onu deməyə əsas verir ki, DSMF tərəfindən əlavə olaraq 1 622 nəfər əcnəbi vətəndaş qeydiyyata alınmışdır. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11 733 nəfərə yüksəlmişdir. Ümumilikdə 93 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların sayı 6783 nəfərdir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1452 nəfərə çatmışdır. Üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı hazırda 616 nəfər təşkil edir. Sonrakı yerlərdə 396 nəfərlə İran İslam Respublikası, 275 nəfərlə Hindistan, sonra isə 244 nəfərlə Çin Xalq Respublikası gəlir. Qalan ölkələrin nümayəndələrindən fərdi uçot sisteminə qeydiyyata alınanların sayı 150-yə çatmır.
Onların sayına görə ardıcıllıqla Britaniya və Şimali İrlandiya Krallığı (146), Özbəkistan (140), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (102), Filippin (98), Almaniya (94), Ukrayna (92), Malayziya (80), Türkmənistan (81), Qazaxıstan (68), İtaliya (68), ABŞ (62) və s. ölkələr gəlir. Məlumatda həmçinin bildirilir ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır.
Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında