Azərbaycanda ilk dəfə "Aortal qapağın minimal invaziv metodla protezləşdirilməsi" əməliyyatı həyata keçirilmişdir

Son illərdə tibbin və texnologiyanın inkişafı ürək cərrahiyyəsində minimal invaziv əməliyyatların geniş vüsət almasına şərait yaratmışdır.
XX əsrin axırlarında təqdim olunan bu əməliyyatlar son illərdə dünyanın inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Minimal invaziv ürək cərrahiyyəsi kiçik kəsiklə həyata keçirilir. Kəsiyin ölçüsü əməliyyatın növündən asılı olaraq 3-4 sm-dən 7-8 sm arasında dəyişir. Müasir dövrdə minimal invaziv yolla qapaq, şuntlama əməliyyatları, anadangəlmə ürək qüsurlarının ləğvi və s. əməliyyatlar həyata keçirilir. Robotun köməyi ilə ürək cərrahiyyəsi minimal invaziv əməliyyat növü hesab olunur və xüsusi dizayn olunmuş robot vasitəsilə həyata keçirilir.
Minimal invaziv cərrahiyyənin ənənəvi cərrahiyyədən bir çox üstünlükləri vardır. Əməliyyat kiçik kəsiklə icra olunduğundan estetik baxımdan daha üstün hesab olunur ki, bu da gələcəkdə kiçik çapıqla müşayiət olunur. Bu üsulun üstünlükləri daha az ağrı və travma, reanimasiya müddətinin az olması, cərrahiyyədən sonra yatış müddətinin azalması, infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası, qısa müddətdə sağalma və xəstənin iş aktivliyinin tez bərpa olunmasıdır. Sevindirici haldır ki, Avropa və Amerikada son illərdə geniş tətbiq olunan minimal invaziv metod artıq Azərbaycanda da tətbiq olunmağa başlanılmışdır və uğurlu nəticələr əldə edilməkdədir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinika Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri namizədi Kamran Musayev tərəfindən Azərbaycanda ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı həyata keçirilmişdir. "Mini aortal qapağın protezləşdirilməsi" adlanan bu əməliyyat 8 sm-lik kəsikdən icra olunmuşdur. Aortal qapağın çatışmazlığından əziyyət çəkən 56 yaşlı xəstə əməliyyatdan 5 gün sonra evə yazılmışdır. Onu da qeyd etmək lazımdır ki, Kamran Musayevin rəhbərliyi altında Mərkəzi Klinikada son illərdə minimal invaziv metodla aorta-koronar şuntlama və anadangəlmə ürək qüsuru əməliyyatları icra olunmuşdur. Aortal qapağın minimal invaziv metodla protezləşdirilməsi əməliyyatı Mərkəzi Klinikada və respublikamızda bu yenilikçi metodun geniş yayılmasına təkan verəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında