Yeni ödəniş sisteminin tətbiqi neqativ halları tam aradan qaldıracaq "Azərsu" Acıq Səhmdar Cəmiyyəti elektron ödəniş sistemində daha bir yeniliyin tətbiqinə başlamışdır.

və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcları plastik kartlar vasitəsi ilə səhmdar cəmiyyətinin internet səhifəsindən istifadə etməklə ödəyə bilərlər. Bunun üçün www.azersu.az saytındakı "onlayn ödəniş" bölməsini seçmək, abonent kodunu daxil etməklə əməliyyatı plastik kartlarla KÖMİS və Golden Pay sistemləri vasitəsi ilə həyata keçirmək olar. Bundan əlavə, abunəçilər istehlak etdikləri içməli suya və onlara göstərilən kanalizasiya xidmətlərinə görə ödənişləri www.quick.az www.hesab.az veb saytlarından istifadə etməklə, həmçinin Pay Point ödəmə terminalları vasitəsi ilə də həyata keçirə bilərlər. Yeni ödəniş sistemlərinin tətbiqi abunəçilərin işini asanlaşdıracaq, ödəmələrdə nəzarətçilərlə təmasa son qoymaqla neqativ halları birdəfəlik aradan qaldıracaq.
Yeri gəlmişkən, "Azərsu" ASC abunəçiləri içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcları heç bir halda nəzarətçiyə ödəməməklə bağlı bir daha xəbərdar edir. Onlara ödənişləri bank və poçt şöbələrində, Pay Point terminallarında, eləcə də internet vasitəsi ilə plastik kartlarla aparmağı tövsiyə edir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında