Azərbaycandan Vana göndərilmiş 40 avtomobildən ibarət yardım karvanı zəlzələ bölgəsinə çatmışdır

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hazırda Azərbaycanın göndərdiyi yardım aidiyyəti üzrə təhvil verilir.
Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal yola salınıb.
Bununla da, Fövqəladə Hallar Nazirliyi tərəfindən ümumilikdə 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərər çəkənlərə çatdırılmışdır. Əvvəlki yardımlar təyyarələrlə göndərilmişdir.
Qeyd edək ki, Azərbaycan FHN-in xilasediciləri də Van bölgəsində oktyabrın 24-dən xilasetmə əməliyyatlarına başlayıblar. Onlar indiyədək dağıntılar altından 12 nəfəri xilas edib, 60 cəsəd çıxarıblar.
Van bölgəsində zəlzələ oktyabrın 23-də baş verib. Rəsmi məlumatlara görə, 576 nəfər həlak olmuş, 2608 nəfər yaralanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında