Fuad MURADOV: Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir

Bu günlərdə Azərbaycan Respublikası özünün xarici siyasətində növbəti dəfə mühüm bir strateji qələbə əldə edib. Ölkəmiz uzun müddətdən bəri uğrunda inadla mübarizə apardığı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Seçim ciddi mübarizə şəraitində keçsə də, son nəticədə Azərbaycan istəyinə nail olub. Ölkəmiz artıq dünyanın bu ən mötəbər və ən ali beynəlxalq təşkilatının üzvüdür. 
Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə həmin gün - oktyabrın 25-də xüsusi bəyanatla çıxış edərək Azərbaycan xalqını təbrik edib. "Bu, həqiqətən də, böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür", - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar dünyanın ayrı-ayrı ölkələrinin rəhbərlərindən ölkəmizə təbriklər daxil olmaqdadır. ABŞ və Rusiya kimi böyük dövlətlər bu tarixi hadisəyə münasibət bildirərək 2012-ci ilin yanvarından etibarən BMT Təhlükəsizlik Şurasının işində Azərbaycanla birgə çalışmaqdan məmnun qalacaqlarını qeyd ediblər. Elə ölkəmizin bütün vətəndaşları, görkəmli ziyalılarımız, yazıçı və şairlərimiz, mədəniyyət xadimlərimiz də dövlətimizin beynəlxalq nüfuzunun durmadan artdığını göstərən bu hadisə ilə bağlı öz fikir və mülahizələrini bildirirlər.
"BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü məsələlərin çəkisini artırır". Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fuad Muradov söyləyib.
"Artıq bütün ölkələr Azərbaycanın mövqeyinə daha da diqqətlə yanaşmalı olacaqlar", - F.Muradov deyib.
O əlavə edib ki, bu üzvlük Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsinə təkan verəcək. "Bu üzvlük siyasi müstəvidə Azərbaycanın təsdiqlənməsi deməkdir", - deyə millət vəkili qeyd edib.
Fuad Muradovun sözlərinə görə, Azərbaycanın bir daha öz haqlı mövqeyini, reallıqlarını dünya ictimaiyyətinə çatdırması üçün növbəti bir məkan yaranıb.
Şərqi Avropa regionundan BMT TŞ-yə üzv seçilməyin olduqca mürəkkəb məsələ olduğunu qeyd edən Fuad Muradov bildirib ki, bu, dövlət başçısı İlham Əliyevin apardığı işin, uğurlu xarici siyasətin nəticəsidir.
Xatırladaq ki, Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında