Tağı ƏHMƏDOV: Metronun "Məşədi Əzizbəyov" stansiyası noyabrın 1-dən bağlanacaq

Noyabrın 1-dən Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasına sərnişinlərin giriş və çıxışı tam məhdudlaşdırılacaq.
Bu barədə APA-ya açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. Bununla əlaqədar qatarlar "Məşədi Əzizbəyov" stansiyasında dayanmadan hərəkət edəcəklər.
T. Əhmədovun sözlərinə görə, stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Bu prosesin nə vaxta qədər davam edəcəyinə gəlincə, Metropoliten rəisi konkret vaxt bildirməmişdir. "Stansiya dekabr ayında təkrar istifadəyə açılacaq. O vaxta qədər sərnişinlərin giriş və çıxışı məhdudlaşdırılacaq".
Stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində xeyli dəyişiklik olacaq. Keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.
Yenidənqurmadan sonra stansiyanın adının dəyişdirilib-dəyişdirilməyəcəyinə gəlincə, Metropoliten rəisi bunun Nazirlər Kabinetindən asılı olduğunu demişdir.
Qeyd edək ki, məhdudiyyətlərlə əlaqədar son dayanacağı "Məşədi Əzizbəyov" stansiyasının qarşısı olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilmişdir.
Dayanacaqlar müvəqqəti olaraq metronun "Ulduz" stansiyasının qarşısına köçürüləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında