Bişkekdə TükPA-nın iqtisadiyyat, ticarət və maliyyə məsələləri daimi komissiyasının ilk iclası keçirilmişdir

Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iqtisadiyyat, ticarət və maliyyə məsələləri daimi komissiyasının birinci iclası keçirilmişdir. 
İclasda Azərbaycan Milli Məclisinin deputatları Sevinc Hüseynova və Ülvi Quliyev, həmçinin Qazaxıstan, Qırğız və Türkiyə parlamentlərinin deputatları və TürkPA katibliyinin əməkdaşları iştirak etmişlər.
Komissiyanın sədri, Qırğız parlamentinin deputatı Kojobek Rıspayev demişdir ki, TürkPA-nın üzvü olan ölkələr arasında iqtisadi sahədə əlaqələr, ticarət dövriyyəsi durmadan inkişaf edir. Qırğız Respublikası Azərbaycan, Qazaxıstan, Türkiyə və digər türkdilli dövlətlərlə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır.
Kojobek Rıspayev demişdir ki, Qırğız və Azərbaycan respublikaları arasında əmtəə mübadiləsinin həcmi 60,4 faiz artmışdır. İki ölkə arasında Azad ticarət, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə dövlətlərarası komissiyanın, həmçinin Qırğız-Azərbaycan İnvestisiya Fondunun yaradılması barədə qərar qəbul olunmuşdur.
İclasda TürkPA üzvü olan ölkələr arasında ticarət-iqtisadi və maliyyə sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri geniş müzakirə olunmuş, bu mövzuda beynəlxalq konfransın keçirilməsi ilə bağlı təkliflər səslənmişdir.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri 
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında