TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Qırğızıstanda seçkiləri müşahidə edəcək

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 2011-ci il oktyabrın 30-da Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
TÜRKPA missiyası namizədlər üçün yaradılmış şərait, seçki təbliğatı, seçkilərə hazırlıq prosesi ilə tanış olacaq, təbliğatın qadağan olduğu gün müşahidələr aparacaq, seçki günü seçki məntəqələrində, dairə seçki komissiyalarında olacaq, səsvermənin gedişatını izləyəcək və səslərin sayılma prosesində iştirak edəcək. Qeyd edək ki, beynəlxalq müşahidəçilər seçki prosesini Bişkekdə izləyəcək.
Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Türkiyə millət vəkilləri və TÜRKPA Katibliyinin əməkdaşları daxildir.
TÜRKPA missiyası səfər çərçivəsində Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Tuyqunalı Abdraimov və xarici işlər naziri Ruslan Kazakbayevlə görüşəcək. Oktyabrın 31-də isə TÜRKPA beynəlxalq müşahidəçilər missiyası seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək, yekun rəyi mətbuata, ictimaiyyətin nümayəndələrinə və beynəlxalq təşkilatlara təqdim edəcək. TÜRKPA müşahidəçiləri öz fəaliyyətini noyabrın 1-də başa çatdıracaq.
Bu, sayca TÜRKPA-nın 5-ci seçki müşahidəsidir. Bundan öncə TÜRKPA Azərbaycanda, Qırğızıstanda və Türkiyədə keçirilmiş parlament seçkilərini və Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etmişdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında