Oktyabrın 30-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaqdır

Oktyabrın 30-dan qış vaxtına keçidlə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcəkdir. 
QSC-dən bildirmişlər ki, 55-56 saylı Bakı-Moskva sərnişin qatarı oktyabrın 31-dən etibarən həftənin I, III, V günləri saat 20.55-də Bakıdan yola düşəcək, həftənin VII, II və IV günləri saat 05.10-da Bakıya çatacaqdır.
31-31 saylı Bakı-Kiyev sərnişin qatarı həftənin II günü saat 23.30-da Bakıdan yola düşəcək, həftənin II günü saat 02.45-də Bakıya çatacaqdır.
38-37 saylı Bakı-Tbilisi sərnişin qatarı hər gün saat 20.45-də Bakıdan yola düşəcək, hər gün saat 10.20-də Bakıya çatacaqdır.
313-314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarı həftənin III günü saat 23.30-da Bakıdan yola düşəcək, həftənin III günü saat 05.10-da Bakıya çatacaqdır.
369-370 saylı Bakı-Xarkov sərnişin qatarı həftənin IV günü saat 23.30-da Bakıdan yola düşəcək, həftənin III günü saat 02.45-də Bakıya çatacaqdır.
373-374 saylı Bakı-Tümen sərnişin qatarı oktyabrın 30-dan etibarən günaşırı (ayın cüt tarixləri) 05.00-da Bakıdan yola düşəcək, günaşırı (ayın cüt tarixləri) 0.25-də Bakıya çatacaqdır.
391-392 saylı Bakı-Rostov sərnişin qatarı həftənin I və VI günləri saat 23.30-da Bakıdan yola düşəcək, həftənin I və VI günləri saat 05.10-da Bakıya çatacaqdır.
Yerli istiqamətdə hərəkət edən bəzi qatarların Bakıya çatma vaxtlarında da dəyişikliklər ediləcəkdir. Belə ki, 616-615 saylı Bakı-Mingəçevir ekspress qatarı Bakıya saat 15.02-də deyil, saat 14.53-də, 618-619 saylı Bakı-Astara ekspress qatarı saat 23.30-da deyil, saat 23.20-də Bakıya çatacaqdır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında