"Faydalı bitkilərdən istifadənin aktual problemləri" mövzusunda beynəlxalq konfrans başa çatmışdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda "Faydalı bitkilərdən istifadənin aktual problemləri" mövzusunda beynəlxalq konfrans oktyabrın 28-də işini yekunlaşdırmışdır. 
Konfransda 10-dan çox ölkədən 20-yə yaxın alim, AMEA-nın elmi-tədqiqat institutlarının, universitetlərin, dərman bitkiləri və ya birbaşa bitki mənşəli preparatlarla müalicə aparan klinikaların, eləcə də qida məhsulları hazırlayan şirkətlərin nümayəndələri iştirak etmişlər.
İki gün ərzində konfrans çərçivəsində təşkil edilmiş seksiyalarda Azərbaycan, Türkiyə, Portuqaliya, Norveç, Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrdən gəlmiş alimlər seçilmiş mövzular ətrafında məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bir daha vurğulanmışdır ki, təbii sərvətlər içərisində faydalı bitkilərin resursları xüsusi yer tutur. Bioresursların tərkib hissəsi kimi bitkilər aləmi insanların ehtiyaclarının əsasını təmin edən ümumxalq sərvətidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında