Qırğız-Türkiyə Manas Universitetinin nümayəndə heyəti "İki sahil" qəzetində olmuşdur

Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən Qırğız-Türkiyə Manas Universitetinin dosenti Moldoseit Mambetakunov, tarix elmləri doktoru Yunus Emre Gürbüz və Qırğız Respublikasının "Almaz FM" radio kanalının direktoru Rustamjan Koşmuratov "İki sahil" qəzetinin redaksiyasında olmuşlar. 
"İki sahil" qəzetindən bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan baş redaktor Vüqar Rəhimzadə Azərbaycanda medianın inkişafından, bu sahədə görülən işlərdən ətraflı söz açmışdır. Bildirmişdir ki, bu gün ölkəmizdə mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunmuşdur. İnsanlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafı üçün lazımi diqqəti və qayğını göstərir.
Azərbaycan mediasının beynəlxalq əlaqələrinin gündən-günə genişləndiyini diqqətə çatdıran baş redaktor bildirmişdir ki, Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun ölkəmizdə keçirilməsini buna misal göstərmək olar.
Türkdilli ölkələrin birliyinin vacibliyini vurğulayan V.Rəhimzadə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin bu baxımdan əhəmiyyətli hal olduğunu diqqətə çatdırmışdır. Çünki bu cür uğurlar, ümumilikdə türkdilli ölkələrin nüfuzunun artması hər birimizin sevinci olmalıdır. Bizim gücümüz, nüfuzumuz nə qədər artarsa, birliyimiz də o qədər möhkəm olar.
Azərbaycanda səfərdə olmalarından məmnunluqlarını ifadə edən qonaqlar respublikamızda, xüsusən də Bakıda böyük inkişafın, müasirləşmənin şahidi olduqlarını vurğulamışlar. Onlar Bakını Avropa şəhərləri ilə müqayisə edərək, burada insanların xoş, firavan şəraitdə yaşadıqlarını bildirmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında