Türkiyə parlamentinin deputatları Azərbaycana təşəkkür etmişlər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Vandakı zəlzələ bölgəsinə ilk yardım edən ölkənin Azərbaycan olduğu vurğulanmış, millət vəkilləri buna görə qardaş ölkəyə təşəkkürlərini bildirmişlər.
Millət vəkili Hasip Kaplan demişdir ki, biz Van əhalisinə ilk yardım edən qardaş Azərbaycana təşəkkürümüzü bildiririk. Türkiyə hökuməti bundan sonra da rəsmi Bakı ilə əməkdaşlığı daha da gücləndirmək üçün səyləri artırmalıdır.
Ölkəmizin qardaş yardımını vurğulayan iğdırlı millət vəkili Sinan Oğan bildirmişdir ki, hökumət başda Azərbaycan olmaqla, bütün türk dünyası sərmayəsinin Türkiyəyə yönəldilməsi üçün əlavə tədbirlər görməlidir. Azərbaycan ilə bu sazişin dörd il əvvəl imzalanmasına rəğmən indi qəbul olunmasını diqqətə çatdıran millət vəkili, Ermənistanla protokolların yenidən gündəmə gətirilməsini tənqid etmişdir. S. Oğan əlavə etmişdir ki, Türkiyənin 16 kilometrliyində yerləşən "Metsamor" atom elektrik stansiyasının törətdiyi təhlükə də parlamentin gündəliyinə salınmalıdır.
İstanbuldan olan millət vəkili Əli Özgündüz Azərbaycanla əlaqələrin daha da gücləndirilməsinin Türkiyənin maraqları üçün vacib olduğunu diqqətə çatdırmış, bununla bağlı birgə mexanizm yaradılması təklifini irəli sürmüşdür. O, Ermənistanla sərhəd qapısının açılmasının heç bir zaman türk xalqının mənfəətinə uyğun olmadığını da əlavə etmişdir.
Bu çıxışlara cavabında Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çəlik demişdir ki, Ədalət və İnkişaf Partiyası və Türkiyə hökuməti qardaş Azərbaycanı üzə biləcək heç bir addım atmamışdır. Biz, hər zaman "qardaşlarımız üçün nə edə bilərik" anlayışı ilə hərəkət etmişik.
F.Çəlik Ermənistandakı "Metsamor" atom elektrik stansiyası ilə bağlı məsələnin Avropa İttifaqının gündəliyində olduğunu xatırlatmış, bu təhlükəli obyektin fəaliyyətinin dayandırılması üçün Türkiyənin də prosesdə iştirak etdiyini bildirmişdir.
Plenar iclasın sonunda "Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq və İcra Planı"nın təsdiq edilməsinə dair Qanun layihəsi qəbul olunmuşdur.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri 
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında