Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya İdarəsinin müdiri: Düşünürük ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında Türkiyə və digər türkdilli dövlətləri də təmsil edəcək

"İndi Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Düşünürük ki, Azərbaycan BMT-nin qeyri-daimi Təhlükəsizlik Şurasında təkcə özünü deyil, Türkiyə və digər türkdilli dövlətləri də təmsil edəcək". APA-nın məlumatına görə, bu fikri jurnalistlərə açıqlamasında Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya İdarəsinin müdiri Murat Karakaya demişdir.
M. Karakaya Türkiyənin bir sıra KİV-nin Azərbaycanın işğal olunmuş ərazilərində tez-tez atəşkəsin pozulması ilə bağlı xəbərlərin Azərbaycan mətbuatına deyil, erməni mətbuatına istinad etməsinə də münasibət açıqlayıb. O bildirib ki, buna yalnız bəzi Türkiyə KİV-də rast gəlmək olar: "Amma Türkiyə dövləti, Türkiyə xalqı və mediası olaraq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq. Bunu bizim ölkə rəhbərlərimiz də həmişə deyib".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında