Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunun gücləndirilməsi məsələləri müzakirə olunmuşdur

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) layihəsi çərçivəsində oktyabrın 28-də "Azərbaycanda miqrasiya layihəsinin icrasının nəticələri" üzrə təqdimat konfransı keçirilmişdir.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, əmək miqrasiyası min ildən artıq mövcuddur. Bu proses bu günədək davam edir. Lakin bu proses ictimai quruluş, eləcə də insanların dünyagörüşü yeniləşdikcə dəyişmiş və onun nəzarət olunmasına və idarə edilməsinə hər zaman ehtiyac yaranmışdır.
Azərbaycanda 82 ölkədən 6 min 286 miqrant rəsmi qeydiyyata alınmışdır, - deyən AHİK sədri qeyd etmişdir ki, onlardan təqribən 30 faizi neft və tikinti, qalanları isə iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.
S.Mehbalıyev bildirmişdir ki, Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunu gücləndirmək məqsədi ilə AHİK nəzdində ictimai əsaslarla fəaliyyət göstərən İnformasiya və Resurs Mərkəzi Bakıda və regionlarda miqrasiya problemlərinə dair cari ildə 30 seminar və treninq keçirmişdir.
Qeyd olunmuşdur ki, işsizliyin aradan qaldırılması ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti nəticəsində son illərdə ölkəmizdə 950 mindən çox yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5,5 faizə enmişdir.
Miqrasiya məsələsinə münasibətdə əməkdaşlıq etdiyimiz digər ölkələrin həmkarlar ittifaqları və dövlət strukturları ilə mövqelərimizin tamamilə üst-üstə düşməsinin yaxşı hal olduğunu deyən S.Mehbalıyev xatırlatmışdır ki, AHİK-in və sahə həmkarlar ittifaqlarının nümayəndələri Rusiyanın Sverdlovsk vilayətində keçirdiyi görüşlərdə burada çalışan 40 minə yaxın azərbaycanlı işçilərin sosial hüquqlarını təmin etmək məqsədi ilə Yekaterinburqda fəaliyyət göstərən soydaşlarımızın həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı razılıq əldə etmişlər. AHİK və onun üzv olduğu təşkilatlar BƏT-in təşkil etdiyi layihələrin reallaşmasında bütün imkanlardan istifadə edərək yüksək fəallıq göstərirlər.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ARSTMK) baş katibi Məmmədəli Əfəndiyev bu cür konfransların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, onun təmsil etdiyi qurum miqrasiya ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxlayır və lazımi tədbirlər görür.
Rusiya Federasiyası və Cənubi Qafqaz ölkələrinin miqrasiya məsələləri üzrə layihəsinin baş məsləhətçisi Sandra Vernuijten Azərbaycanda miqrasiya layihəsinin fəaliyyəti barədə danışmış, iştirakçılara məlumat bukletləri təqdim etmişdir.
Konfransda, həmçinin Azərbaycana gələn miqrantlar üçün hazırlanmış bukletin və AHİK-in Miqrasiya Resurs Mərkəzinin, Özəl Məşğulluq Agentlikləri Assosiasiyasının veb-portallarının təqdimatı olmuşdur.
Tədbirdə Əmək Miqrasiyasında Sahibkarlar Təşkilatının rolu və onun fəaliyyət planı müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında