Azərbaycan nümayəndəsinin çıxışı UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında böyük maraqla qarşılanmışdır

UNESCO-nun mənzil-qərargahında keçirilən təşkilatın Baş Konfransının 36-cı sessiyası çərçivəsində oktyabrın 27-də öz işinə başlamış ümumi siyasi debatların ilk günündə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının məsul katibi Günay Əfəndiyevanın məruzəsi böyük maraqla qarşılanmışdır.
Məruzədə Azərbaycanın UNESCO-nun ümumi fəaliyyətinə verdiyi önəmli töhfə vurğulanmış, dünya miqyasında sivilizasiyalar, mədəniyyət və xalqlar arasında dialoqun təşviq edilməsi istiqamətində keçirilən dövlət siyasətindən bəhs olunmuşdur. Buna əyani misal gətirilərək, 2011-ci ildə ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoqu və Beynəlxalq Humanitar Forumları, həmçinin UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası kimi mühüm tədbirlərə ev sahibliyi etməsi barədə də məlumat verilmişdir.
G.Əfəndiyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qurumun fəaliyyətində və onun təbliğ etdiyi universal dəyərlərin yayılmasında, ümumbəşəri mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmətlərindən bəhs edərək, fond tərəfindən nəinki Azərbaycanda, o cümlədən dünyanın müxtəlif ölkələrində də mədəniyyət, təhsil, elm, səhiyyə və s. sahələrdə vacib layihələrin həyata keçirildiyini qeyd etmişdir.
Məsul katib Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, orada etnik təmizlənmənin aparılması, qəbiristanlıqların, ibadət yerlərinin talan edilməsi, bu hərbi təcavüz nəticəsində bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktlarını iştirakçıların diqqətinə çatdırmışdır. Bununla əlaqədar, UNESCO-nun müvafiq konvensiyalarının tətbiq olunmasının və hökumətlərarası komitələrin fəaliyyəti çərçivəsində səylərin artırılmasının vacibliyi vurğulanmışdır.
G.Əfəndiyeva Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi üçün dəstək vermiş bütün dövlətlərin nümayəndələrinə bir daha təşəkkür etmişdir.
Məsul katib Azərbaycanın gələcəkdə də beynəlxalq təhlükəsizlik, qarşılıqlı hörmət və sivilizasiyalararası dialoq dəyərlərinin təşviq edilməsində öz səylərini əsirgəməyəcəyini bildirmişdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında