Səməd SEYİDOV: 20 illik müstəqillik dövründə Azərbaycan dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü təsdiq etmişdir

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin dünyada etibarlı tərəfdaş, inkişaf etmiş dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirməsinin bariz nümunəsidir. 20 illik müstəqillik dövründə Azərbaycanın tutduğu demokratik yol, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması və özünü sülhsevər dövlət kimi tanıtması, ölkəmizin dünyadakı dostlarının və tərəfdarlarının sayını artırdı. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkisində dünyanın 155 ölkəsi Azərbaycana etimad göstərdi.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizin xarici siyasətdə qazandığı bu parlaq qələbə münasibəti ilə sevincini bizimlə bölüşərək dedi:
- Azərbaycan sürətlə inkişaf edən, müasirləşən demokratik və dünyəvi dövlətdir. İyirmi illik müstəqillik dövründə ölkəmizin tarixinə bir-birindən uğurlu şanlı səhifələr yazıldı. Ulu öndər Heydər Əliyevin siyasi xəttini böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda qısa dövr ərzində mühüm iqtisadi və sosial layihələr həyata keçirilmiş, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun səviyyəsinin aradan qaldırılması və digər sahələrdə misilsiz nəticələr əldə edilmişdir. Bu müddət ərzində Azərbaycanın həyata keçirdiyi xarici siyasət ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirmişdir.
Azərbaycanın müstəqilliyinin 20-ci ilində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi diplomatiyamızın ən parlaq uğurlarındandır. Ölkəmiz bununla bir daha sübut etdi ki, onun üçün keçilməz sədd, həlli mümkün olmayan problem yoxdur. Bu gün hər bir azərbaycanlı bu parlaq qələbədən sevinir və qürur hissi keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şanlı qələbə münasibətilə xalqa müraciətində də çox gözəl qeyd etdi ki, bu, Azərbaycan diplomatiyasının, siyasətinin böyük qələbəsidir. Dünyanın 155 ölkəsinin Azərbaycanı dəstəkləməsi onu göstərir ki, ölkəmiz beynəlxalq aləmdə çox düzgün və inandırıcı bir siyasət həyata keçirir. Bu gün Azərbaycan öz sözü, mövqeyi, iqtisadiyyatı və mədəniyyəti ilə dünyada nümunəvi ölkəyə çevrilib. Dünyanın 155 ölkəsinin Azərbaycana etimad göstərməsi də bunu təsdiqləyir. Ümid edirəm ki, yaxın gələcəkdə bu ölkələrin sayı daha da çox olacaq. Ona görə ki, haqq və həqiqət Azərbaycanın tərəfindədir.
S.Seyidov bildirdi ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz nailiyyətlərə imza atmış, demokratik, sürətlə inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünü təsdiq etmiş və böyük nüfuz sahibinə çevrilmişdir.
Komitə sədri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasını tarixi hadisə hesab etdi və bildirdi ki, ölkəmiz bu imkandan istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanmışdır.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında