Ali Məhkəmənin növbəti plenumu olmuşdur

Oktyabrın 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumun iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilən Azərbaycan Respublikasında son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılmış, bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi respublikamızda uşaq hüquqlarının qorunması və onlara müntəzəm qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, beynəlxalq təcrübə nəzərə alınmaqla "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanunlar qəbul olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası bir sıra beynəlxalq sazişlərə, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına və həmin konvensiyanın "Uşaq alverinə dair" Fakültativ Protokoluna qoşulmuşdur.
Plenumda "Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilmiş, təhlillər aparılmışdır.
Müəyyən edilmişdir ki, uşaq hüquqlarının qorunması və onlara qayğı göstərilməsi sahəsində qanunlara əməl olunsa da, valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüququ ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəfindən müəyyən xarakterli bəzi nöqsanlara yol verilir.
Plenum valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin emblemi təsdiq olunmuşdur.
Plenumda konkret cinayət işlərinə və mülki işlərə də baxılmışdır. Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Ədliyyə Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında