Naxçıvandan Vana yardım göndərilmişdir

Naxçıvan Muxtar Respublikasından Türkiyənin Van şəhərində baş verən zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərilmişdir. Dörd yük avtomobilindən ibarət karvan oktyabrın 28-də günorta saatlarında qardaş ölkəyə yola salınmışdır.
Yolasalma mərasimində iştirak edən Türkiyənin Naxçıvandakı baş konsulu blokada şəraitində olan muxtar respublikanın bu addımın yüksək qiymətləndirmişdir.
Ümumi dəyəri 165 min ABŞ dolları olan 60 tona yaxın müxtəlif çeşidli ərzaq və gündəlik tələbat mallarının axşam saatlarında Van vilayətinə çatdırılması nəzərdə tutulmuşdur.
Mərkəzi Bankın Naxçıvandakı idarəsində isə zəlzələdən zərərçəkənlərə kömək məqsədilə hesab açılmışdır. Muxtar respublikanın əhalisi, təşkilatlar və özəl qurumlar tərəfindən Türkiyənin Ziraat bankında açılan hesaba da vəsait köçürülməsi davam edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında