Bizi vahid məqsəd birləşdirir - milli kütləvi informasiya vasitələrimizin qorunub saxlanması

Türkdilli dövlətlərin və qurumların Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən II Media Forumunda iştirak edən Rusiya Federasiyası Tatarıstan Respublikasının Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin nümayəndəsi Elvira Əhmədova AzərTAc-ın müxbiri ilə müsahibəsində demişdir: "Bu media forum bizim hamımız üçün, türkdilli ölkələrin KİV-lərinin nümayəndələri üçün çox əhəmiyyətlidir". 
E.Əhmədova qeyd etmişdir ki, milli KİV-lər əslində ana dilini, habelə xalqımızın mədəniyyətini, tarixini qoruyub saxlamaq üçün çox əhəmiyyətli mənbədir.
E.Əhmədova demişdir: "Düşünürəm ki, bugünkü tədbirin aktuallığı türkdilli xalqların KİV-ləri üçün bir çox vaxtı çatmış məsələlərin müzakirə edilməsindədir. Tatarıstanda KİV-lərlə iş baxımından yaxşı model işlənib hazırlanmışdır. Müxtəlif nəşrlərə, o cümlədən ixtisaslaşmış uşaq jurnallarına, ictimai-siyasi qəzetlərə kömək məqsədilə bir çox layihələr həyata keçirilir.
Əməkdaşlığa gəldikdə isə, türkdilli ölkələrdən olan həmkarlarımıza bildirmək istərdim ki, bizdə artıq yeddinci dəfə "Ulduz mərhələsi" adlı beynəlxalq internet-layihə həyata keçirilir. Bu layihədə 40-dan çox ölkədən həmkarlar iştirak etmişlər. Bizdə mövcud olan regional KİV-lərin konqresində Rusiyanın 50 regionunun jurnalistləri iştirak edirlər. Mən bütün həmkarlarımızı bu tədbirlərdə iştirak etməyə dəvət edirəm.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında