Əli HƏSƏNOV: Biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq

Biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq.
Bu sözləri Türkdilli Dövlətlərin və Toplumların II Media Forumunda çıxışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsələr də, media sahəsində əməkdaşlıqda gecikiblər.
Türkdilli ölkələrin birgə media qurumunun yaradılmasının vacibliyini qeyd edən Əli Həsənov bildirmişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşmiş və belə bir problemi o vaxtlar dünyaya lazımınca çatdıra bilməmişdir.
Ermənilərin qondarma iddia ilə Türkiyəni dünyanın gözündən salmaq istədiklərini bildirən Ə.Həsənov Türkdilli dövlətlərin birgə media qurumunun yaradılmasının vacibliyini vurğulamış və demişdir ki, dünyanın informasiya siyasəti bəlli dairənin əlində birləşmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında