Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ən yüksək səviyyədədir

Oktyabrın 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş səfiri Salem Xəlifə Əl-Eğfəli ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, diplomat BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi münasibətilə ölkəmizi təbrik etmiş, bunun Azərbaycan diplomatiyasının böyük qələbəsi olduğunu vurğulamışdır.
Azərbaycanın hər zaman BƏƏ-nin dəstəyini hiss etdiyini qeyd edən E.Məmmədyarov vurğulamışdır ki, ölkələrimiz arasında əlaqələr həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ən yüksək səviyyədədir.
Nazir təcrübəli diplomat Salem Xəlifə Əl-Eğfəlinin təyinatının ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyinə ümidvar olduğunu demişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında