İsveçrədə Azərbaycanda İKT sahəsində görülən işlər təqdim olunmuşdur

İsveçrənin Cenevrə şəhərində keçirilən ITU Telecom World 2011 beynəlxalq tədbiri çərçivəsində Genişzolaqlı İnkişafa dair Komissiyanın 4-cü toplantısı və Genişzolaqlı çıxış üzrə liderlərin zirvə toplantısı keçirilmişdir.
Dövlət və hökumət başçıları, nazirlər və komissarların iştirak etdiyi tədbir çərçivəsində keçirilən panel sessiyasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əsas məruzəçi qismində çıxış edib, ölkədə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM (Trans-Avrosiya super informasiya magistralı) layihəsi, ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verib və sualları cavablandırıb. Bu barədə RİTN-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sözügedən tədbirin media sponsoru qismində çıxış edib və bununla bağlı təşkilatçılar tərəfindən mətbuat konfransı təşkil edilib. Mətbuat konfransında təqdimatla çıxış edən Əli Abbasov beynəlxalq mətbuatın suallarını da cavablandırıb.
Tədbirin ikinci günü, oktyabrın 25-də qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr edilən sərginin açılış mərasimi keçirilib, Azərbaycan nümayəndə heyəti mərasimdə iştirak edib. Nazir Əli Abbasov sərgi ilə tanış olub. Xatırladaq ki, ITU Telecom World 2011 tədbirində Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə Azərbaycanda İKT sahəsi üzrə fəaliyyət göstərən 20-dən çox şirkət, həmçinin bir sıra nazirliklərin bu sahə üzrə mütəxəssisləri olmaqla, ümumilikdə 65 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir. Tədbir çərçivəsində təşkil olunan sərgidə isə respublika ayrıca milli pavilyonla təmsil olunur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında