Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi artan dinamika ilə inkişaf edir

İsveçrə Konfederasiyasının Dövlət müşaviri, İsveçrənin və Cenevrə Kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Unqerin başçılığı ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 27-də Azərbaycan-İsveçrə biznes forumu keçirilmişdir. 
Tədbirdə hər iki tərəfdən maliyyə və bank, sənaye, ticarət, əmlak, səhiyyə, təhsil və digər sektorları təmsil edən 100-ə yaxın iş adamı iştirak etmişdir.
Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Azərbaycan ilə İsveçrə arasındakı uğurlu əməkdaşlıqdan danışan nazir müavini müxtəlif sahələrdə mövcud münasibətlərin daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi artan dinamika ilə inkişaf edir.
İsveçrəli nazir Pyer-Fransua Unqer ölkəsi ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulamış və bunun üçün potensialın olduğunu demişdir.
AzPROMO-nun prezidenti Adil Məmmədov və Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev ölkənin investisiya və biznes imkanları haqqında təqdimatlarla çıxış etmişlər.
Sonra iş adamları arasında keçirilən ikitərəfli görüşlərdə iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında