Egemen Bağış: Qardaş Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyəni sevindirmişdir

Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə naziri Egemen Bağış AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir ki, qardaş Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyəni sevindirmişdir. 
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın bu böyük qələbəsi münasibətilə Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını təbrik etdiyini xatırladan Egemen Bağış demişdir ki, tərəqqi yolu ilə inamla addımlayan Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi mötəbər təşkilata üzv seçilməsi onun beynəlxalq nüfuzunun artdığının göstəricisidir. Keçən iki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Türkiyə bu təşkilatda Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Türkiyəli nazir bildirmişdir ki, Azərbaycanın da üzvlüyü dövründə Türkiyə ilə əməkdaşlıq yüksək səviyyədə olacaq və ölkələrimizin problemlərinin həlli istiqamətində birgə fəaliyyət davam edəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında