Azərbaycan Pakistanda baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardım göstərəcəkdir

Azərbaycan Respublikası Nazirlər Kabineti özünün 2003-cü il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nın 4-cü hissəsinə əsasən sərəncam vermişdir. 
Sərəncama görə, Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Xarici İşlər Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılır.
Sərəncam oktyabrın 27-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu sərəncamın tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında