Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyədə zəlzələdən zərər çəkənlərə növbəti avtomobil karvanı ilə yardım yola salınmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən oktyabrın 27-də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınmışdır. 
40 avtomobildən ibarət yardım karvanı oktyabrın 27-də gecə saat 3-də Bakıdan Türkiyəyə yola düşmüşdür.
Türkiyənin Van bölgəsinə avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kvadratmetr), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal göndərilmişdir.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev demişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən oktyabrın 23-dən Türkiyəyə yardımlar göndərilməyə başlanılmışdır. Artıq FHN tərəfindən 250 çadır, 700 səhra yataq dəsti, 3000 ədyal, 2000 yataq dəsti və 2 səhra mətbəxi təbii fəlakət bölgəsinə göndərilmişdir. Eyni zamanda, 213 nəfər xilasedici hazırda Türkiyənin Van bölgəsində çalışmaqdadır.
Göndərilmiş çadırlardan ibarət "çadır şəhərciyi" quraşdırılaraq zərərçəkmiş insanlara təhvil verilmişdir.
Oktyabrın 23-dən bu günə qədər dövlətimizin başçısının göstərişi ilə Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 milyon 700 min ABŞ dolları təşkil edir. Zərurət yaranarsa, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Van bölgəsinə əlavə yardımlar göndərəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında