Hulusi KILIÇ: Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi ilə əlaqədar böyük məmnuniyyət hissi keçiririk

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi ilə əlaqədar ölkəmizi və xalqımızı təbrik etmişdir. Təbrikdə deyilir:
"Qardaş Azərbaycanın 24 oktyabr 2011-ci il tarixdə Nyu-Yorkda keçirilən seçkilərdə 155 ölkənin səsini toplayaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilməsi ilə əlaqədar böyük məmnuniyyət hissi keçiririk. Azərbaycanın beynəlxalq ictimaiyyət arasında artan nüfuzunun bir isbatı olan bu seçim, eyni zamanda müstəqilliyinin 20-ci ildönümündə Azərbaycanın hər sahədə qət etdiyi məsafənin bir göstəricisidir. Qlobal təhlükəsizliklə bağlı ən önəmli məsələlər barədə qərarların qəbul edildiyi Təhlükəsizlik Şurasında yerini alan Azərbaycanı təbrik edir, bu mövqedə görəcəyi işlərində müvəffəqiyyətlər arzulayırıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında