Filip LEFORT: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyətidir

Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, F.Lefort Azərbaycanı BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulamışdır. Aİ-nin rəsmisi respublikamızın bu mötəbər quruma qeyri-daimi üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyəti olduğunu vurğulamışdır.
F.Lefort Aİ ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etmişdir.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə təbriklərə görə təşəkkürünü bildirən E.Məmmədyarov demişdir ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində Azərbaycan qlobal və regional məsələlərin həllində səmərəli və yaxından iştirak edəcəkdir.
Nazir Azərbaycanın bundan əvvəl də müxtəlif humanitar missiyalarda iştirak etdiyini və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulamışdır. Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu qeyd edən E.Məmmədyarov ölkəmizin dünyada multikulturalizmin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioritetidir, - deyən nazir vurğulamışdır ki, bu məsələ ölkəmiz üçün ən böyük problemdir. E.Məmmədyarov bildirmişdir ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması faktıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında