Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı münasibətilə fətva vermişdir

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı münasibətilə fətva vermişdir. Fətvada deyilir ki, Allah-Taalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.
Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsusilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq.
Qeyd olunmuşdur ki, dövlətimiz rəsmi olaraq 6-7 noyabr tarixlərini Qurban bayramı münasibətilə qeyri-iş günü elan etmişdir.
Bildirilmişdir ki, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. İnsanı Yaradana yaxın edən Qurban bayramının sevincini qaçqın, məcburi köçkün, kimsəsiz soydaşlarımıza, ehtiyacı olan insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların bu vacib gündə ibadət və duaları da Allah-Taala yanında savab əməllərdəndir.
Fətvanın sonunda vurğulanmışdır: "Allah-Taala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında