Beynəlxalq Əmək Təşkilatı Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim edəcəkdir

Oktyabrın 27-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktor müavini Alyona Nesporovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, F.Ələkbərov son səkkiz ildə Azərbaycanda 950 min yeni iş yerinin yaradıldığını, işsizlik səviyyəsinin 5,5 faizə düşdüyünü, xüsusən gənclər arasında işsizliyin digər ölkələrlə müqayisədə aşağı olduğunu qonaqların diqqətinə çatdırmışdır.
Nazir bildirmişdir ki, hazırda ölkədə layiqli əməyin təminatı sahəsində mühüm işlər görülür, BƏT ilə əməkdaşlıq daim genişlənir.
A.Nesporova bildirmişdir ki, BƏT bu ilin sonunadək Azərbaycana məşğulluq siyasəti üzrə təkliflər paketi təqdim edəcəkdir. Gələn il isə Azərbaycanda əmək bazarının təhlili üçün sorğu keçiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında